top of page

ALMAN DİLİ

"Anadolu Vizyon" Tədris Mərkəzi sizə Almanca mükəmməl şəkildə danışmaq, ətrafınızdakıları səlis nitqinizlə təəccübləndirmək, bununla yanaşı almanca qəzet, kitab oxumaq, almanca filmləri tam anlamaq imkanı yaradır .

Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir:

1. A 1 səviyyəsində- Siz gündəlik həyatda işlənən sözləri başa düşür və tələffüz edə bilirsiz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz.

2. A 2 səviyyəsində- Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü və ailəsi barəsində, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız.

3. B 1 səviyyəsində- Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız.

4. B 2 səviyyəsində-Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız

5. C 1 səviyyəsində-Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız.

6. C 2 səviyyəsində-Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız.

Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər. Dərslər istəkdən asılı olaraq fərdi və kiçik qruplarda olmaqla həftədə 2 dəfə hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat olmaqla tədris olunur..

Dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və cd/dvd materiallar əsasında keçirilir.

 

bottom of page