
Haqqımızda
"Anadolu Vizyon" Tədris Mərkəzi yarandığı gündən etibarən müasir standartlara cavab verən müxtəlif istiqamətlər üzrə hazırlıq kursları təşkil edir.
Müasirlik və keyfiyyəti əsas tutaraq daim yeniliklər tətbiq edən "Anadolu Vizyon" Tədris Mərkəzi, ölkəmizin təhsil sisteminin inkişafına və bu sahədə gənclərə dəstək verməyi özünün əsas hədəfi seçmişdir.
"Anadolu Vizyon" Tədris Mərkəzi tədris prosesini işçilərin yüksək peşəkarlığı, güclü texniki dəstək xidmətləri, dinləyicilərin dərs materialları ilə təmin olunması və onlara fərdi yanaşma prinsipləri əsasında həyata keçirir
"Vizyonunu kəşf et" şüarı ilə öz xidmətlərini təklif edən "Anadolu Vizyon" Tədris Mərkəzi xarici dil öyrənmək arzusu olan, şahmat, rəqs sahələrə marağı olan, kompüter biliklərinə yiyələnmək istəyən 6-12 yaş aralığında uşaqları, həmçinin Türkiyənin prestijli universitetlərində bakalavr , magistratura, doktorantura pillələrində təhsili almaq xəyalını gerçəkləşdirmək, bir sözlə, əmin addımlarla uğura çatmaq istəyən hər kəsi hazırlıq kurslarına dəvət edir.
Unutmayın! Xəyalınız sizə, bizim qədər yaxındır!