Mühasibat və Vergi Tətbiqləri üzrə subbakalavr proqramı, müasir həyata uyğunlaşa bilən , konseptual və rasional düşünə bilən şəxsləri yetişdirmək məqsədi daşıyır.
Mühasibat və Vergi Tətbiqləri Subbakalavr proqramını müvəffəqiyyətlə başa vurmuş məzunlar, böyük təşkilatların mühasibatlıq, maliyyə və audit şöbələrində köməkçi kadrlar, maliyyə məsləhətçiləri kimi, banklarda, sığorta şirkətlərində, turizm, tikinti və sənaye müəssisələrində mühasibatlıq işlərində çalışa bilərlər.