
Türkiyədə Magistratura Təhsili
Magistratura pilləsi haqqında
Türkiyədə magistr təhsili tezli və tezsiz olaraq 2 -yə ayrılır. Əgər siz tezsiz olaraq magistr təhsili almaq istəyirsinizsə ALES (Akedemik Lisansüstü Eğitimi Girişim Sınavı) tələb olunmur. Tezli magistr təhsilində isə ALES və digər dil bilikləri olan imtahan nəticəsi tələb olunur. Əgər tezli istəyərsə ALES tələb edildiyi bildirilməlidir. Əgər Türkiyədə magistr təhsili almaq, doktorantura səviyyəsinə qəbul olmaq və akademik fəaliyyətlə məşğul olmaq (universitetdə müəllim, tədqiqat köməkçisi olmaq və s.) istəyirsinizsə sizdən ALES imtahan nəticəsi tələb olunur. İldə əsasən 3 dəfə ÖSYM tərəfindən təşkil olunur və siz istədiyiniz qədər imtahanda iştirak edə bilirsiniz. İmtahanların nə vaxt keçiriləcəyi barədə akademik təqvim planı ilə sayt vasitəsilə tanış ola bilərsiniz. Bu imtahanda toplaya biləcəyiniz maksimum bal 100-dür. İmtahan nəticəsinin etibarlılıq müddəti 5 il davam edir. magistr səviyyəsi üçün isə balınız 70-dən yüksək olmalıdır ki, seçim prosesində iştirak edə biləsiniz və yaxşı universitetdə təhsil alasınız.
Əgər sizin oxuduğunuz ixtisas ilə magistraturaya keçid etmək istədiyiniz ixtisasla uyğunluq təşkil etmirsə bu zaman siz əlavə semestr (dönem ) oxumalısınız.